Əsas Səhifə > Güney Press > Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib

Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib


Bu gün, 13:22
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
AR ETN Botanika İnstitunda Heydər Əliyev məktəbinin müdavimləri üçün “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçirilmişdir. Tədbirdə İnstitututun rəhbərliyi, əməkdaşları və Heydər Əliyev məktəbinin müdavimləri iştirak etmişdir.

"DİA-AZ" xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri  Muxtar Nağıyev tədbiri açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında təbii sərvətlərinin mühafizəsi, ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində mühüm addımlar atıb. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən ekoloji islahatlar, Azərbaycanın ekosistemlərinin mühafizəsinə yönəlmişdir. O, ekoloji təhlükəsizlik konsepsiyasını irəlilədərək, Azərbaycanın gələcək nəsilləri üçün sağlam və təhlükəsiz bir mühitin formalaşmasına şərait yaratmışdır.

Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında ətraf mühitin qorunması ilə bağlı irihəcmli layihələrə imzalanır,, beynəlxalq platformalarda Azərbaycanın ekoloji siyasətini müvəffəqiyyətlə təmsil olunur. COP-29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji məsələlərə olan diqqətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Hər birimiz ətraf mühitin qorunmasına və gələcək nəsillərə sağlam bir planet buraxmaq üçün birgə çalışmalı, Heydər Əliyev və İlham Əliyevin qoyduğu yolda irəliləməliyik.

AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda mudavimlərə ustad dərsi keçib. Professor məruzəsində qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yalnız ölkəmizin siyasi həyatına deyil, eyni zamanda ekoloji mühitin mühafizəsinə də müstəsna diqqət yetirmiş, Azərbaycanda ətraf mühitin qorunması, dayanıqlı inkişafı istiqamətinə böyük işlər görmüşdür.

Heydər Əliyevin hakimiyyəti dövründə ətraf mühitin qorunması sahəsində atılan addımlar, milli inkişaf strategiyasının ayrılmaz bir hissəsi olmuşdur. O, ekosistemlərin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi üzrə müxtəlif proqramların hazırlanmasına rəhbərlik etmişdir.

Heydər Əliyevin irəlilədiyi ekoloji siyasət, müstəqil Azərbaycanın gələcəyi üçün sağlam bir mühitin yaradılmasını təmin etdi. O, ekoloji təhsilin artırılması, ekosistemlərin mühafizəsi üçün elmi-tədqiqatların dəstəklənməsi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atmışdır. Heydər Əliyev, ekoloji problemlərin müzakirəsi üçün beynəlxalq platformalarda Azərbaycanın səsini yüksəldərək, ölkəmizi ekoloji liderlik mövqeyinə doğru irəlilətmişdir. Onun strategiyası, yalnız bu gün üçün deyil, həm də gələcək nəsillərimiz üçün sağlam və yaşıl bir mühitin təminatıdır. Heydər Əliyevin irsini yaşatmaq, onun ətraf mühitin qorunmasına verdiyi önəmi davam etdirmək, hər birimizin üzərinə düşən vacib bir vəzifədir.

Ulu Öndərmizin uğurlu siyasətini davam etdirən Cənab Prezidentimiz İlham Əliyevin ətraf mühütə verdiyi dəyər çox böyükdür. Bu il Azərbaycanın ev sahibliyi ilə COP-29 tədbirinin Bakıda keçrilməsi buna nümunədir.

Sonda Azərbaycanda COP29, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması, işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpasına və s. dair tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb. 

Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib

Geri qayıt