Əsas Səhifə > Güney Press > Oğuzları qoyub lap məsxərəyə...
Oğuzları qoyub lap məsxərəyə...Bu gün, 12:59 |
SÖHBƏT (davamı) - Salam, Kamal müəllim, olarmı gəlim? - Gəl görüm, Cooşa. Xəbər var yenə də? - Bir kitab məlumatım var sinədə. Tələsdim söyləməyə ki, biləsən, Baş verənlər – dəhşət! Sən öləsən! – And içdim ki, inan. Qorxur adam lap dinə də. Dilə gəlmiş yenə Yaqut Nənə də. - Nə eşitdin? Söylə bir, yoxsa, kardın?! - Deyir ki, pərçim edib “Casus”a Stoppardın, Bir də ki Şekspirin Hamletini, Təhqir edib beləcə millətini. Olmazını deyib Qorqud Dədəyə, Oğuzları qoyub lap məsxərəyə. Boğazca Fatma haqda yazır nələr... Çox heyf! Zəhmətiniz getdi hədər. Yazır ki, tamaşaya yoxmuş gələn, Çünki nifrət edir ona – tanıyan, bilən. “Yuxarı”dan yox imiş kimsə gələ, Biliblər ki, qurulub cadu-pitikdən bir tələ. Baş tutmayb bu dəfə cadusu, həm tilsimi də. Qırılıb artıq onun sonuncu sarı simi də. - Səhnəyə çıxmağımdan nə yazır? - Hələlik bunlar idi yazdığı, tamaşadan. Görünür, xəbər yığır yazmaq üçün lap başdan. Hələ təkrar edir onu "dia-az" da. Çəkə bilməz bu yükü heç təzə KamAz da. Ardı var... Professor Həbib Zərbəliyev "DİA-AZ" Geri qayıt |