Əsas Səhifə > Güney Press > Fransa sülh prosesini pozur
Fransa sülh prosesini pozurBu gün, 15:12 |
“Fransa Cənubi Qafqazda geosiyasi oyunçuya çevrilmək istəyir”. Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib. O qeyd edib ki, Fransaya bu regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunması qətiyyən sərf eləmir. Politoloqun sözlərinə görə, Fransa tərəfindən atılan addımlar Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin pozulmasına yönəlib: “Fransa Cənubi Qafqazda geosiyasi güc mərkəzi olmaq iddiasındadır. Gürcüstandakı son parlament seçkilərinə Fransa bu məqsədlə müdaxilə etməyə çalışırdı. Fransa agenturası Gürcüstanda hakimiyyət dəyişiklikliyinə cəhd göstərirdi. İndi də cəhdlər göstərilir. Rəsmi Paris Qərbyönümlü müxalifətin qələbəsi ilə Gürcüstanda yerləşmək niyyəti güdürdü. Ancaq Fransanın niyyəti, xüsusilə ABŞ və Avropa İttifaqı ilə planlaşdırdığı hədəfləri baş tutmadı”. Həmsöhbətimiz bildirib ki, ona görə də Fransa əsas diqqəti Ermənistana yönəldib: “Əvvəlcə Parisin təşəbbüsü ilə Ermənistanda Avropa İttifaqının müşahidə missiyası adı altında hərbi kəşfiyyatçılar yerləşdirildi. Hazırda Azərbaycanla sərhəd ərazilərdə Fransa kəşfiyyatçıları daha da aktiv fəaliyyət göstərməyə başlayıblar. Bu səbəbdən hesab etmək olar ki, bundan sonrakı mərhələdə Fransa Azərbaycan ilə Ermənistan arasında ziddiyyət doğura biləcək məqamları ön plana çəkəcək. Fransa Azərbaycan-Ermənistan sərhəd ərazilərin delimitasiya prosesinə müdaxilə etmək və bu prosesi tam şəkildə pozmaq məqsədi güdür. Fransaya Cənubi Qafqazda sülh və sabitlik deyil, hərbi qarşıdurma lazımdır. Yəni, Paris bu siyasətdən istifadə etməklə Ermənistanda hərbi baza qurmaq imkanı qazanmaq istəyir. Fransanın Cənubi Qafqaz siyasəti regionu xaosa sürükləmək üzərində qurulub”. Geri qayıt |