Əsas Səhifə > Güney Press > Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi?

Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi?


Bu gün, 09:34
Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi?
Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi? Bu hallarda işçilərin hansı hüquq və təminatları vardlr?
1. Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən: onun razılığı və tibbi rəyə uyğun olaraq daha yüngül işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
2. Daha uzun müddət müəyyən edilən hallar istisna olmaqla, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçilər-əmək funksiyasını yerinə yetirə bilmədikdə onlarla bağlanmış Əmək müqaviləsi ləğv edilə bilər.
3. Bu əsasla Əmək müqaviləsi ləğv edilmiş İşçiyə İşəgötürən - orta aylıq əmək haqqının ən azı iki misli miqdarında müavinət ödəyir.
4. Səhhətinı görə daha yüngül işə keçirmə və əmək qabiliyyətinin tam itirilməsi,Tibbisosial Ekspert Komissiyasın Rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə isə bu qurumun qərarı ilə işçiyə tam əmək qabiliyyətinin olmaması kimi başa düşülür.
5. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz.
6. İşçinun sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər.Bu halda işçinin bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
7.Xroniki ağır xəstəliyə tutulmuş və az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri vaxtdan dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
8. İş yerində bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş: həkim məsləhət komissiyası və ya tibbi sosial ekspert komissiyasının rəyi ilə yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt