Əsas Səhifə > Güney Press > Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir

Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir


1-11-2024, 17:32
Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycanın atəşkəs çağırışı bütün dünyada getdikcə daha çox dəstək alır.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti “Haber7” telekanalı Bakıda keçiriləcək qlobal tədbirlə bağlı materialında deyilir.

Telekanal BMT-nin Azərbaycanda keçiriləcək mötəbər tədbirinə son hazırlıq işlərinə diqqət çəkir və konfransda “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin (NCQG) qəbul ediləcəyinə ümid edir.

Qeyd olunur ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi gücləndirəcək, ölkələrin davamlı inkişafına dəstək verəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək mühüm platformadır.

Materialda Azərbaycanın “İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının COP29-un bütün bəşəriyyət üçün əhəmiyyətini vurğulayan sözləri sitat gətirilir: “Ümumən, Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi töhfə etiraf edilir və rəsmi Bakının ekoloji sahədəki təşəbbüsləri qlobal səviyyədə getdikcə daha çox dəstəklənir”.

İctimai Birliyin rəhbəri iqlim dəyişikliyi ilə mübarizə naminə bütün ölkələrin birlik və həmrəyliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyinə diqqət çəkib. O, Azərbaycanın bəşəriyyətin problemlərinin həllinə çağırışının əhatə dairəsinin təkcə ekoloji sahə ilə məhdudlaşmadığını, dünyanın üzləşdiyi bütün çağırışlara aid olduğunu diqqətə çatdırıb. “Təsadüfi deyil ki, dünyanın 197 ölkəsindən nümayəndələr Bakıda keçiriləcək tədbirə gələcəklər”, -deyə F.Şahbazlı bildirib.

O, həmçinin COP29-u “sülh prosesinin nəticəsi” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladıb, eyni zamanda, Bakının iqlim müzakirələri günlərində barışıq çağırışını dəstəkləyən Qoşulmama Hərəkatına üzv ölkələrin mövqeyinə diqqət çəkib.

Azərbaycanın COP29 vaxtı barışıq təşəbbüsü dünya ictimaiyyəti tərəfindən dəstəklənir

Geri qayıt