Əsas Səhifə > Güney Press > Nağdsiz ödənişlərdə sahibkarlara güzəşt edilməlidir
Nağdsiz ödənişlərdə sahibkarlara güzəşt edilməlidirBu gün, 17:00 |
“Nağdsiz ödənişlərin dövriyyəsinin artması, vergidən yayınmaların qarşısının alınması zəruridir. Lakin nəzərə almaq lazımdır ki, nağdsiz ödənişlər zamanı sahibkarlar üçün 3-4 faizə qədər vəsait itkisi baş verir. Nağdsiz ödənişlərə sahibkarları stimullaşdırmaq üçün müəyyən diversifikasiyalı yanaşmalara ehtiyac var. Əsasən də kiçik sahibkarlar üçün”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Eyyib Kərimli bildirib O qeyd edib ki, sadələşmiş vergi ödəyicisi 2-8 faiz arası dövriyyədən vergi ödədiyi halda 3-4 faiz bankda və digər rüsumlarda itirir: "Fikrimcə, müəyyən həddə qədər nağdsız dövriyyələrə güzəştlər tətbiq edilsə, daha uyğun olar. Rəqəmsal pulların mənfi xüsusiyyətlərindən biri də müəyyən dövriyyədən sonra vəsaitin ilkin dəyərinin qalmamasıdır. Məsələn, 100 manat on nəfərin əlindən dövr etsə də, elə 100 manat kimi qalacaq, amma bank üzərindən bir neçə dövriyyədən sonra faizlər tutularaq azalacaq və bitəcək”. Geri qayıt |