Əsas Səhifə > Güney Press > Ermənistan ordusunda özbaşınalıq artıb:

Ermənistan ordusunda özbaşınalıq artıb:


1-11-2024, 14:57
Ermənistan ordusunda özbaşınalıq artıb:
Qoşunlara təcrübəli və ixtisaslı hərbi kadrlar cəlb etmək lazımdır. Dövlət bununla yanaşı, onlara xidmət illərinə görə pensiya verməkdə davam edəcək. Bunu Ermənistan parlamentinin növbədənkənar iclasında “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” və bununla bağlı qanunlara dəyişikliklərin müzakirəsi zamanı hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib. Xaçatryan ehtiyatda olan zabitlərin sayını açıqlamayıb, amma layihənin həyata keçirilməsinin silahlı qüvvələrdə şəxsi heyətlə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib. Onun sözlərinə görə, əsas kadr çatışmazlığı tağım, bölük və tabor komandirləri səviyyəsində müşahidə olunur.

Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, bir neçə vaxtdır Ermənistanda zabitlərin artırılması məsələsi gündəmdədir:

“Ermənistan parlamentində də sözügedən məsələ son günlər müzakirə olunan əsas mövzulardan biridir. Bununla bağlı hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan təklif irəli sürdü ki, ehtiyatda olan zabitlər orduya geri çağrılsın. Bunun isə bir neçə səbəbi mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunda zabit çatışmamazlığı var. Ermənistan müharibə dövründə xeyli zabitlərini itirdilər. Digər tərəfdən isə son zamanlar Ermənistan ordusunda qeyri-hərbi şəraitdə itkilərin sayının çoxaldığını görürük. 2024-cü ilin yanvarından indiyə qədər 26 hərbiçi Ermənistan ordusunda həlak olub. Həmin itkilərin qarşısını almaq üçün orduya zabitlərin cəlb olunması uyğun görülür. Burada başqa səbəb axtarmaq düzgün olmazdı. Çünki Ermənistanın Azərbaycanla müharibə aparacaq potensialı yoxdur. Azərbaycan da sülh gündəliyinin tərafdarıdır və müharibə etmək marağında deyil”.

Geri qayıt