Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlı və Sabirabad sakinləri elektrik borcuna görə etiraz edir

Saatlı və Sabirabad sakinləri elektrik borcuna görə etiraz edir


10-04-2014, 12:01
Saatlı və Sabirabad sakinləri elektrik borcuna görə etiraz edir
SABİRABADDA DA AKSİYA KEÇİRİLİR

Aprelin 10-da Saatlının Yeni Novruzlu kəndindəki etiraz aksiyasından sonra növbəti aksiya Sabirabadın Camallı kəndində başlayıb.

Bu aksiyada da kəndlilər elektrik borclara görə yüksək cərimələnmələrinə etiraz edirlər. Novruzludakı aksiyanı dağıdandan sonra polis Camallı kəndinə gedir.

Bu kəndlərin sakinləri AzadlıqRadiosunun hadisə yerində olan müxbirinə bildiriblər ki, iki gün əvvəl onlara Sabirabad elektrik şəbəkəsindən cərimə qəbzləri göndərilib. Qəbzlərə görə, sakinlərin ən az 400, ən çox 1300 manat borcu var.

Bu cür cərimə qəbzləri Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Muradbəyli, Naxalıq kəndlərinin sakinlərinə də göndərilib.

SAATLIDA AKSİYA

Aprelin 10-da Saatlının Yeni Novruzlu kəndinin 50-dən çox sakini etiraz aksiyası keçirib. Onlar elektrik borclarına görə yüksək cərimələnmələrinə etiraz ediblər. Polis aksiyanı dağıdıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, kənd sakinləri borca görə 500-800 manat cərimələndiklərini bildirib, bunun qanunsuz olduğunu deyiblər.

Dünən axşamdan aksiya fəallarından bir neçəsinə aksiyaya çıxmamaq üçün təhdid olunduğu da bildilir.

Hazırda kənddə çoxsaylı polis əməkdaşları var.

Geri qayıt