Əsas Səhifə > Güney Press > Qısqanclıq zəmnində münaqişə qanla bitdi

Qısqanclıq zəmnində münaqişə qanla bitdi


Bu gün, 18:11
Qısqanclıq zəmnində münaqişə qanla bitdi
Ötən ilin avqust ayında Sumqayıtın Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovaya hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürdüyü məlum olub.

Təqsirləndilrilən şəxs məhkəmədə hadisə zamanı mərhum əri ilə aralarında baş verən münaqişənin qısqanclıq zəminində olduğunu bildirib. Belə ki, Ağahüseyn ilk həyat yoldaşı ilə tez-tez əlaqə saxladığı üçün bu təqsirləndirilən şəxsi narahat etməyə başlayıb. Bununla bağlı aralarında baş verən söz-söhbət qanla bitib.

Qadın cinayəti özünümüdafiə məqsədilə törətdiyini deyib. Əfsanə əməlindən peşman və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Əfsanə Məmmədova Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt