Əsas Səhifə > Güney Press > "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki,

"Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki,


Bu gün, 17:17
"Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki,
Payız gələn kimi hamı müxtəlif qaz sobaları alaraq, isinməyə çalışır. Amma bəzən bu da böyük faciələrə səbəb olur. Qaz partlayışları, dəm qazından zəhərlənmələQr də məhz bu aylarda üzə çıxır. Nə edək ki, qaz sobalarının qurbanına çevilməyək?
Təhlükəsizlik məsələləri üzə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə qaz təsərrüfatı harada varsa, orada təhlükəsizlik məsələsi ön planda olmalıdır.

“Qazın fiziki kimyəvi xassəsi yanır, partlayır və düzgün istismar olmadığı zaman dəm qazına səbəb olur. Ona görə qaz avadanlığı, qaz cihazı, qaz qurğuları olan yerlərdə mütləq dəm qazı əleyhinə və qaz sızması əleyhinə detektorlar olmalıdır. Bu detektorların işi olduqca funksionaldır. Yəni qaz sızması olanda klapan bağlanır, qazın təchizatı dayanır, belə deyək böyük bir faciənin qarşısı alınır.

Dəm qazı əmələ gələndə bu barədə səs siqnalı vasitəsilə istehlakçının məlumatı olur, digər prosesləri həyata keçirərək qurbana çevrilməkdən qorunmuş olur. Bu detektorların olması mütləqdir. Qanunvericilikdə də təsbit olunub, təhlükəsizlik baxımından da çox məqsədə uyğundur”-deyə ekspert bildirib.

Elmar Nurəliyev deyir ki, yanma prosesi düzgün getmədikdə, yanma prosesi pozulduqda dəm qazı əmələ gəlir. Yanma prosesi o zaman düzgün getmir ki, qaz sobası, tüstü bacası standartlara uyğun olmur: “Eyni zamanda tüstü bacası olub, işlək vəziyyətdə olmadıqda, onun sovurma qabiliyyəti olmadıqda, otaqda nəfəslik, vintelyasiya olmadıqda dəm qazı yaranır. Çünki qazın yanması üçün otaqda kifayət qədər hava olmalıdır. Əgər hava yoxdursa, havasızlıqdan yanma prosesi pozulur və nəticə də dəm qazı əmələ gəlir.

Birinci növbədə, dəm qazının yaranma səbəbi havasızlıqdır. Mütləq otaqda hava olmalıdır, vintelyasiya, nəfəslik olmalıdır, tüstü bacası işlək vəziyyətdə olmalıdır. İki gözlü qaz sobası üçün, ən azı otağın kvadratı minimum 8 kvadrat olmalıdır. 3 fözlü qaz sobası üçün 12 kvadrat ,4 gözlü qaz sobası üçün 15 kvadrat olmalıdır. Bu, onun üçündür ki, təhlükəsizlik baxımından otaqda hava olsun. Əgər vintelyasiya, havalandırma və otağın kvadratı qaz sobasına uyğun olarsa və tüstü bacası işlək vəziyyətdə olarsa, belə olan halda dəm qazından sığortalanmış olur. Bu da bədbəxt hadisələrin qarşısını qismən alır. Ona görə mütləq bütün qaz təsərrüfatı olan yerlərdə havalandırmanın və vintelyasiyanın olmasına diqqət etmək lazımdır. Diqqət etmək lazımdır ki, işlək vəziyyətdə olsun.

Dəm qazı hamam otaqlarında yaranır. Hamam otağında “pitminutka” deyilən və yaxud da, su çəni deyilən su tutumlu çənlərdən qaz sobaları var ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir. Ancaq quraşdırılıbsa, mütləq onun tüstü bacası və havalandırılması, vintelyasiyası, qapıda dəliklər olmalıdır. Qapıda xırda dəlik havanın içəridə sirkulyasiya etməsi üçün lazımdır. Bu təhlükəsizlik tədbirləri onun üçündür ki, dəm qazı əmələ gəlməsin.

Detektor da olarsa, dəm qazı əmələ gələndə bununla bağlı xəbərdarlıq verər. Ancaq hamam otağı standartlara cavab vermirsə, ölçüləri və tüstü bacası yoxdursa, varsa da işlək vəziyyətdə deyilsə, otaqda vintelyasiya və yaxud da havalandırma yoxdursa, qapı plastik qapıdırsa və möhkəm bağlanıbsa, içəri ümumiyyətlə hava girmirsə, bütün bunlarla yanaşı detektor da yoxdursa dəm qazı əmələ gəlir və şəxsin bundan heç bir xəbəri olmadan onun qurbanına çevrilmiş olur”-deyə ekspert bildirib.

Elmar Nurəliyev bildirib ki, dəm qazı qoxusuzdur, rəngsizdir, dadsızdır. Adi gözlə görünmür, onun qurbanına çevrilən şəxs təhlükənin haradan gəldiyini hiss etmir. Ona görə mütləq bu tələblərə riayət etmək lazımdır.

Geri qayıt