Əsas Səhifə > Güney Press > "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir"
"Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir"Bu gün, 13:01 |
“Qərbin Ukrayna ilə bağlı yürütdüyü siyasətin kökündən yanlış olduğunu zaman sübut etdi. Qərb fikirləşirdi ki, sanksiyalar tətbiq etməklə Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid edəcəklər və iqtisadi böhranla qarşılaşdıraraq məğlubiyyətə düçar edəcəklər. Amma müharibənin davam etdiyi iki ildən çox bir zamanda Qərbin istəkləri alt-üst oldu və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bumeranq effekti yaratdı. Belə ki, Rusiyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı və Qərb iqtisadiyyatı tənəzüllə qarşılaşdı. Macarıstanın xarici işlər naziri Piter Siyartonun İmedi telekanalına verdiyi müsahibədə bu məsələyə ətraflı toxunulub. Qərb Rusiyaya etdiyi təzyiq kampaniyalar nəticəsində üzləşdiyi çətinliklərdən dərs çıxartmaq əvəzinə, Azərbaycana qarşı da ikili standartlardan yanaşır və səhv siyasət yürütməkdə davam edir”. Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, 24 oktyabrda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Avropa Komissiyasına Azərbaycanla imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə yenidən baxılmasını və Azərbaycandan qaz idxalının dayandırılması tələb olunur. Rusiyadan qaz idxalına qoyduğu qadağalar nəticəsində Avropa Birliyinin bir neçə ölkəsinin iqtisadiyyatı böyük çətinliklərlə qarşılaşmıdır. O cümlədən, Aİ-da qiymətlərin kəskin bahalaşması baş vermişdir. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada sənaye sektoru iflic vəziyyətinə düşüb və işsizlik kütləvi şəkildə artmaqdadır. Deputat deyir ki, bütün bunlara baxmayaraq Azərbaycandan qazın alınmasına da yenidən baxılması təklif olunur. Halbuki, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi təminatının yeganə alternatividir. “Azərbaycana qarşı qəbul edilən qətnamələrin müəllifi Fransadır. Fransanın özü qaz idxalından o qədər də asılı olmadığına görə birtərəfli qaydada belə qətnamələri gündəliyə gətirir. Çox təəssüf ki, Rusiyadan qaz idxalının dayandırılmasından sonra böyük çətinliklərlə qarşılaşan ölkələr böhranlı vəziyyətdən necə xilas olmaq barəsində düşünmək əvəzinə, Fransanın və erməni lobbisinin yalanlarını dəstəkləyərək vəziyyətin daha da gərginləşməsinə xidmət edirlər”-deyən deputat bildirib ki, Avropa Parlamentinin belə addımları Avropa Birliyinin sonunu gətirə bilər. Azər Badamovun sözlərinə görə, Azərbaycanla bağlı qəbul olunmuş qətnamədəki tələblərin saxta və qarayaxma olduğunu özləri də yaxşı bilirlər: “Ölkəmizə qarşı qəbul olunmuş qətnamələr dəyərsiz kağız parçalarıdır. Macarıstan Rusiyaya qarşı sanksiyalar və Ukraynaya silah göndərilməsi kampaniyasına qoşulmamaqla ölkəsinin iqtisadiyyatını qoruyur”. Azər Badamov hesab edir ki, Avropanın digər ölkələri də gec-tez səhv yoldan dönərək Macarıstanın tutduğu yola qayıdacaqlar: “Ölkələr bir-birinin müstəqilliklərinə hörmətlə yanaşmalı və beynəlxalq hüququn aliliyini qorumalıdırlar. Bu gün Qərb düşərgəsində bu dəyişiklik baş verməsə də, zamanla onlar buna məcbur olacaqlar”. Geri qayıt |