Əsas Səhifə > Güney Press > “İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb
“İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıbBu gün, 00:02 |
“İpək Yolu Sığorta” ASC-nin 2024-cü ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb. "DİA-AZ" xəbər verir ki, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib. Şirkət yanvar-sentyabr ayında 5,261 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 10.288 mln. manat və ya 66% azalma deməkdir. Ötən ilin 9 ayında sığorta şirkəti tərəfindən 15,549 mln.manat sığorta haqqı toplanmışdır. Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Geri qayıt |