Əsas Səhifə > Güney Press > "Peşəkarlığın təyin olunma yollarından biri də..."
"Peşəkarlığın təyin olunma yollarından biri də..."Bu gün, 08:29 |
Əmək münasibətlərində-Peşəkarlıq nədir?Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınada mütəmadi olaraq suallar daxil olur. Peşəkarlığa görə əlavə ödəniş - onları həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir Peşəkarlıq-əmək münasibətlərində ən vacib və ən mühüm elementlərdən biridir və təyin olunarkən işəgötürənlər tərəfindən aşağıdakı şərtlərin nəzərə alınması vacibdir, əks halda bu peşəkarlığın təyin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnən və ya təyin ediıən peşəkarlıq olacaqdır: 1. Peşəkarlıq - ilk növbədə işçinin öz əmək funksiyalarını - layiqincə yerinə yetirməsi, digər işçilərdən daha yaxşı və daha yüksək səviyyədə yerinə yetirilməsi ilə əlaqədar olan hallarda təyin oluna bilər, əlavə pul vəsaiti ödənilə bilər. 2. Peşəkarlıq - əmək vəzifələrini layiqincə və yüksək səviyyədə yerinə yetirən işçilərə təyin edilə və əlavə pul vəsaiti ödənilə bilər. 3. Peşəkarlıq-müəssisədaxili nizam-intizam qaydalarını pozmayan və ya əmək intizamı məsuliyyətinə cəlb olunmayan işçilərə təyin edilə və əlavə pul vəsaiti ödənilə bilər. 4. Peşəkarlıq - əmək fəaliyyəti ilə əlaqədar: fəxri fərman, sertifikat, diplom və ya dövlət təltifləri ilə mükafatlandırılan işçilərə təyin edilə bilər. 5. İşçilərə peşəkarlığın təyin edilməsi - imperativ(məcburi)norma deyil, işəgötürənin könüllü razılığı və iradəsi, maliyyə imkanları olduqda, işıgötürənin razılığ, işəgötürən və işçinin Əmək müqaviləsi, işəgötürən və həmkarlar təşkilatı arasında bağlanan Kollektiv müqavilə əsasında təyin edilə bilər. 6. Peşəkarlığın təyin olunma yollarından biri də işçilərin - Əmək Məcəlləsində nəzərdə tutulan qaydada və şərtlərlə attestasiyadan keçirilməsidir. 7. Peşəkarlığın təyin olunma yollarından biri işçilərin - illik əmək fəaliyyətlərinin müvafiq qaydada qiymətləndirilməsidir. 8. Peşəkarlığın təyin edilməsində işçilərin: vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 9. Peşəkarlıq təyin edilərkən hər bir işçinin: şəxsiyyəti, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsi, ictimai və dövlət işlərində iştirakı da nəzərə alıbmalıdır. 10. Peşəkarlığın təyin edilmə meyarlarından biri də həmin işçinin bu müəssisədə və ya bu sahədə olan iş stajını və təcrübəsinin nəzərə alınmasıdır 11. Peşəkarlıq təyin edilərkən İşəgötürən və Həmkarlar təşkilatları ilə razılaşdırılmış digər meyarlar da tədbiq oluna bilər, hər hansı bir diskriminasiya hallarına yol vermədən. 12. Peşəkarlığın düzgün, ədalətli və qanunla nəzərdə tutulan qaydada təyin edilməməsi işəgötürənlər üçün: maddi, mənəvi, əmək intiamı, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" Geri qayıt |