Əsas Səhifə > Güney Press > Öcalan Baxçalının çağırışına cavab verdi:

Öcalan Baxçalının çağırışına cavab verdi:


Dünən, 23:58
Öcalan Baxçalının çağırışına cavab verdi:
Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb.

Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir.

Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.
Geri qayıt