Əsas Səhifə > Güney Press > Putin müharibə üsulunu dəyişəcək

Putin müharibə üsulunu dəyişəcək


Bu gün, 16:32
Putin müharibə üsulunu dəyişəcək
Rusiya iqtisadi problemlərdən və insan resurslarının çatışmazlığından əziyyət çəkir. Bu, Rusiya lideri Vladimir Putini müharibə üsulunu dəyişməyə və ya rejimin sabitliyini qorumaq, ordunu resurslarla təmin etmək üçün bir yol tapmağa məcbur edə bilər.

Reyting.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Rusiya cəbhədə insan resursunu və materialını israf etdikcə müharibənin saxlanması xərcləri də artır. ISW iddia edir ki, Rusiyanın resursları məhduddur və Putin artıq bu xərcləri gözardı edə bilməz: “Rusiya iqtisadiyyatı tükənmə həddinə çatacaq və bu, çox böyük itkilərə səbəb olacaq. Eyni zamanda müharibə Rusiya cəmiyyətinə ziyan vurur. Bu isə prezident Putini müharibənin gedişatını dəyişdirmək barədə mühüm qərarlar qəbuluna məcbur edə bilər”.

Qeyd olunur ki, Rusiya iqtisadiyyatı və onun hərbi səyləri getdikcə gərginləşir. Bu isə Kremlin uzunmüddətli perspektivdə müharibəni davam etdirmək qabiliyyətinə mənfi yöndə daha çox təsir göstərəcək.

Analitiklər “Washington Post”un Rusiya iqtisadiyyatının “həddən artıq istiləşmə təhlükəsi” ilə üzləşdiyinə işarə edən materialını xatırladıblar. Nəşr izah edib ki, həddindən artıq yüksək hərbi xərclər Rusiyanın iqtisadi artımını o qədər stimullaşdırıb ki, rus şirkətləri insanları iş yerində saxlamaq üçün maaşları süni şəkildə artırmağa məcbur olublar. Xüsusilə, Rusiya hərbçilərinin yüksək maaşları fonunda rəqabətə davamlı olmaq tələb edilir.

Bundan əlavə, media Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın 2024-cü ilin iyulunda Rusiyanın işçi qüvvəsinin və istehsal potensialının “demək olar ki, tükəndiyini” qeyd edən sözlərini xatırladıb.

“Washington Post” nəşri həm də yazır ki, Rusiya yaxın illərdə Ukraynaya qarşı müharibəni davam etdirə bilər. Buna yüksək neft gəlirlərinin və Qərbin sanksiyalarının səmərəsizliyinin kömək etdiyi əsas kimi göstərilir.

Geri qayıt