Əsas Səhifə > Güney Press > “Traktor” “Alüminium”u əzib keçdi

“Traktor” “Alüminium”u əzib keçdi


Bu gün, 16:04
“Traktor” “Alüminium”u əzib keçdi
Oktyabrın 27-də İran Premiyer Liqasının 9-cı həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” və Arakın “Alüminium” komandaları arasında qarşılaşma olub.

Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.

Təbrizin “Səhənd” stadionunda keçirilən oyun Təbriz təmsilçisinin 2-0 qələbəsi ilə başa çatıb.

Görüşün 31-ci dəqiqəsində “Traktor”un hücumçusu Mehdi Turabi qırmızı kart alaraq oyundan kənarlaşdırılıb. Bu, Təbriz komandasının qalib gəlməsinə mane olmayıb.

Hazırda “Traktor” 16 xalla reytinq cədvəlində üçüncü pillədə qərarlaşıb.

Geri qayıt