Əsas Səhifə > Güney Press > Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi

Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi


Bu gün, 15:52
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan “Yerkrapa” könüllülər birliyinin (Qarabağda döyüşən erməni quldurlarının təşkilatı - red.) rəhbəri Sasun Mikaelyanı ordunu ruhdan salmağa çalışmaqda ittiham edib.

Musavat.com-un xəbərinə görə, o bildirib:

“Paşinyanın yaxın silahdaşı və “Yerkrapa” könüllülər birliyinin rəhbəri kimi sərhəddə dayanan əsgərə “mən sərhədin demarkasiyası tərəfdarıyam, çünki bizim Azərbaycana müqavimət göstərmək imkanımız yoxdur” deyən şəxs hansı mesajı verir?

Bu adam bəyan edir ki, müqavimət göstərmək və döyüşmək imkanı, mənası yoxdur, ən doğrusu Azərbaycanın şərtləri ilə növbəti təslimlə razılaşmaqdır. Hakimiyyətdə belə statusa malik olan şəxsin bu cür açıqlaması həm müdafiəmizə, həm də cəbhə xəttində xidmət edən əsgərə ağır zərbədir”.

Geri qayıt