Əsas Səhifə > Güney Press > Azərbaycan problemlə üzləşə bilər

Azərbaycan problemlə üzləşə bilər


Bu gün, 15:30
Azərbaycan problemlə üzləşə bilər
“Azərbaycanın BRİKS-ə qoşulması və Şanxay Əməkdaşlıq Təşkilatında mövqeyini möhkəmləndirməsi Bakının Çin, Rusiya və Avrasiyanın digər aktorları ilə iqtisadi və siyasi əlaqələrini genişləndirəcək”.

KONKRET.az xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movəhhediyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, Çinin Avropaya tək quru yolu kimi “Orta Dəhliz”ə artan marağı Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana basqılarını artıra bilər:

“İran-Ermənistan sərhədini kəsməklə bağlı narahatlığı neytrallaşdırmaqla bölgədə Rusiya-Çin-Türkiyə əməkdaşlığının möhkəmlənməsi mümkündür. Bu proses davam etsə, Qərbin Cənubi Qafqazda təsiri çox azalacaq. Habelə Azərbaycanın Şərqə və Qərbə qarşı çevik xarici siyasət yürütmək səyləri qısa müddətdə ölkənin regional və qlobal güclər üçün geoiqtisadi əhəmiyyətini artıracaq. Qafqazda müxtəlif sahələrdə Hindistan, Çin, Rusiya və İranın maraqları fərqlidir və Azərbaycan onların mübahisələrinə qarışsa, öz maraqlarını təmin etməkdə problemlərlə üzləşə bilər”.

Geri qayıt