Əsas Səhifə > Güney Press > “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb

“Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb


Bu gün, 12:07
 “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb
Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.

"DİA-AZ" bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

Geri qayıt