Əsas Səhifə > Güney Press > Maşın almaq istəyən şəxsi döyənlər

Maşın almaq istəyən şəxsi döyənlər


Bu gün, 10:30
Maşın almaq istəyən şəxsi döyənlər
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlər - Yadigar Məmmədov, Elnur Əliyev, Mehman Əzizov və Ceyhun Zeynalovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Məmmədov 8 il, Elnur Əliyev 8 il 6 ay, Mehman Əzizov 8 il və Ceyhun Zeynalova 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd: Hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, təqsirləndirilən şəxslər Anar Zairova bıçaq zərbəsi endirərək üstündə olan 10 min manat pulu götürüblər. Məlum olub ki, zərərçəkmiş şəxs 10 min manatı avtomobil almaq üçün maşın bazarına gedirmiş. Daha sonra Y.Məmmədov, E.Əliyev, M.Əzizov və C.Zeynalov hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Geri qayıt