Əsas Səhifə > Güney Press > “Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam”

“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam”


Bu gün, 09:42
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam”
Amerikalı iş adamı İlon Mask Respublikaçı namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə, federal xərcləri ən azı 2 trilyon dollar azalda biləcəyini bildirib.
Yeinavaz.com xəbər verir ki, o, bu barədə “Madison Square Garden” arenasında Tramp tərəfdarlarının kütləvi mitinqində deyib.
“Düşünürəm ki, bu, təxminən 2 trilyon dollar olacaq. Çünki istər birbaşa, istərsə də dolayı yolla pulunuz havaya sovrulur”, - Mask bildirib.
Ancaq o, bu vəsaitlərə qənaət etmək üçün nə qədər vaxt lazım olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Geri qayıt