Əsas Səhifə > Güney Press > Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi


Bu gün, 08:58
Şəhid atası vəfat etdi
Vətən müharibəsi şəhidi Elnur Sadıqovun atası Kərim Sadıqov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib.

K.Sadıqovun xəstəlikdən vəfat etdiyi bildirilir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Sadıqov Elnur Kərim oğludur. O, 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. E.Sadıqov İkinci Qarabağ Müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Cəbhənin şimal istiqamətində gərgin döyüşlərdə iştirak edən Elnur ayağından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Lakin 3 günlük müalicədən sonra öz təkidi və istəyi ilə yenidən döyüşlərə qatılıb. Onun yaralandığından isə ailəsinin xəbəri olmayıb. Elnur Sadıqov 2020-ci ilin oktyabr ayının 16-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Geri qayıt