Əsas Səhifə > Güney Press > Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib

Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib


Bu gün, 14:28
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidzeni “Gürcü Arzusu” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Gürcüstan xalqına sabit inkişaf və davamlı tərəqqi arzulayıb.
“Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” partiyasını ürəkdən təbrik edirəm. Səmimi qəlbdən ümid edirəm ki, Gürcüstana rəhbərlik etdiyiniz növbəti illərdə və bizim birgə səylərimiz sayəsində Ermənistan və Gürcüstan arasında əməkdaşlıq davamlı şəkildə inkişaf edəcək və genişlənəcək”, - Paşinyanın təbrik məktubunda yazılıb.
Paşinyan əlavə edib ki, ölkələr arasında qurulmuş strateji tərəfdaşlıq regionda sabitlik və təhlükəsizliyə dair ümumi çağırışların birgə həlli və rifahın əldə edilməsi üçün real imkanlar yaradır.
Geri qayıt