Əsas Səhifə > Güney Press > "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə

"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə


Dünən, 19:10
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə
“Avropa Parlamentinin plenar iclasında Azərbaycanda insan haqlarının və beynəlxalq hüququn pozulması barədə qətnamənin müzakirə edilməsi əsassızdır, qərəzli yanaşmadır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Avropa Parlamenti son illər, xüsusilə 44 günlük müharibədən sonra Azərbaycan əleyhinə destruktiv fəaliyyəti ilə seçilən platformaya çevrilib.

“İnsan haqları, demokratiya və s. terminlər sadəcə görüntüdən ibarətdir. Bunlar yeni bir mövhum deyil. Əvvəllər də mühüm beynəlxalq tədbirlər ərəfəsində ölkəmiz əleyhinə əks-təbliğat aparılıb boykot çağırışları səsləndirilib. Yaxşı xatırlayıram. Avroviziya musiqi yarışması, Avropa olimpiya oyunları və digər beynəlxalq tədbirlər öncəsi erməni lobbisinin, diaspora təşkilatlarının, Azərbaycanla Türkiyəyə düşmənlik edənlərinin təxribatları səngimirdi. COP 29-un Bakıda keçirilməsi, həmin qüvvələrin əlində növbəti fürsətdir.

Necə olur ki, Misirdə demokratik seçkilər nəticəsində prezident seçilmiş Məhəmməd Mursi həbs olunur, türmədə öldürülür, on minlərlə tərəfdaşları həbsxanaya atılır. Böyük dövlətlər, beynəlxalq təşkilatlar səsini çıxarmır. Əksinə, hərbi çevrilişə hərtərəfli dəstək verilir. COP tədbiri keçirilir və boykot çağırışları eşidilmir. Yaxud, ötən il BƏƏ-də COP-28 keçirildi. Hansı demokratiyadan, insan haqlarından danışmaq olar”-deyən deputat vurğulayıb ki, belə çoxsaylı nümunələr göstərmək olar.

Bütün bunların kökündə isə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi durur. Avropalı parlamentarilər qələbəmizi həzm edə bilmir və nəyin bahasına olursa olsun, Qarabağ ermənilərini Xankəndinə və digər bölgələrə yerləşdirməklə separatçılığı bərpa etmək istəyirlər”-deyən Nəsib Məhəməliyev bildirib, gələcəkdə, Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdülür və bnun adı riyakarlıqdır.

“Azərbaycan xalqı gözəl başa düşür ki, müasir dünyada dostlarımızı çıxmaq şərtilə, heç kimə güclü Azərbaycan dövləti lazım deyil. Qərbə zəif və kənardan idarə olunan Azərbaycan lazımdır.

Bəzi Qərb ölkələri sammitdə ali səviyyədə təmsil olunmaya bilər. Boykot da olmayacaq. Təzyiqlər, keçici xarakter daşıyır. COP 29 tədbiri öz işini yekunlaşdırandan sonra, təxribatlar tam kəsilməsə də, azalacaq. Tam kəsilməsi mümkün deyil. Çünki, Avropa Parlamentində canfəşanlıq edənlərin əksəriyyəti dini ayrı-seçkilikdən, xristian təəssübkeşliyindən və xaçlı yürüşlərindən danışırdılar. Əvvəllər tolerantlıqdan, etnik, irqi və dini müxtəliflikdən danışanlar, indi açıq şəkildə nifrət yağdırırlar”-deyən Nəsib Məhəməliyev hesab edir ki, bu davranış da olduqca təhlükəli tendensiyadır və qlobal toqquşmalara səbəb ola bilər.

Nəsib Məhəməliyevin fikrincə, xalq olaraq yeganə çıxış yolumuz milli birlik və bütövlüyümüzü qoruyub saxlamaq və xarici təsirləri neytrallaşdırmaqdır.

Geri qayıt