Əsas Səhifə > Güney Press > Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin”

Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin”


Bu gün, 13:34
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin”
Aparıcı Xoşqədəm Hidayətqızının Gürcüstandakı azərbaycanlıları “Gürcü Arzusu” Partiyasına səsverməyə çağırması Gürcüstanda etirazla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, aparıcının çağırışı xüsusilə Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasında etirazla qarşılanıb. Partiyanın Marnueli Bələdiyyə Məclisindəki deputatı Nərgiz Əliyeva Xoşqədəm Hidayətqızını başqa ölkədəki seçki üçün açıq təbliğat aparmaqda və seçkiyə müdaxilədə ittiham edib. O bunun beynəlxalq hüququn və Azərbaycanda KİV fəaliyyəti ilə bağlı hüquq pozuntusu olduğunu bildirib.

N.Əliyeva məsələ ilə bağlı ARB Televiziyasına müraciət edəcəyini bildirib:

“Qanunu bilməməyiniz sizi məsuliyyətdən azad etmir. Yəqin bunu bilirsiniz”.

O, Azərbaycan və Gürcüstanın müvafiq orqanlarının bununla bağlı tədbir görməsi gərəkdiyini və aparıcının üzr istəməli olduğunu bildirib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bir müddət öncə efirdən Gürcüstan azərbaycanlılarına səslənmişdi. O, azərbaycanlıları Gürcü Arzusuna səs verməyə çağırmışdı:

“Səs verməyə gedəndə sabitliyi, sülhü, müharibəsiz Gürcüstanı dəstəkləyin. Çünki müharibəsiz, dinc Gürcüstan Azərbaycan üçün vacibdir. Orada bizim soydaşlarımız yaşayır. Əgər orada vəziyyət qarışsa, bu sizin üçün də, bizim üçün də (Azərbaycan) pis olacaq. Ona görə də seçkilərə sayılı günlər qalıb və siz sabitliyi, müharibəsiz sülhü seçin. Ukrayna nümunəsini xatırlayın. Hakimiyyətə gəlməzdən əvvəl yayılan yalanlara inanmayın. İndi Gürcüstan necədir? Sabit, dinc, Ukraynadan fərqli”.

Geri qayıt