Əsas Səhifə > Güney Press > “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...”

“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...”


Bu gün, 12:47
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...”
"Rusiya rəhbərliyi BRICS-in cəlbediciliyini artırmaqla mühüm bir uğura imza atıb, hətta NATO ölkələri belə BRICS-lə əməkdaşlıqda maraqlıdır".

Musavat.com xəbər verir ki, bu fikirləri "Rossiya" telekanalının "60 dəqiqə" proqramında hərbi analitik İqor Korotçenko səsləndirib.

Korotçenko Qərb ölkələrini "bütün heyvanların bərabər olduğu, lakin bəzilərinin daha bərabər olduğu" bir anbarla müqayisə edib və bu bölgüdə ABŞ və Böyük Britaniyanın üstün mövqedə olduğunu vurğulayıb. "Kazanda keçirilən BRICS sammiti bütün diqqətləri üzərinə çəkib və əldə olunan nəticələr olduqca əhəmiyyətlidir," - deyə o bildirib.

Ekspert qeyd edib ki, Rusiya Federasiyasının siyasi rəhbərliyinin gördüyü bu işlər nəticəsində NATO ölkələri belə BRICS-ə yaxınlaşmaq istəyir və qapını döyürlər.

Geri qayıt