Əsas Səhifə > Güney Press > “Avropa İttifaqı mini-Çindir”

“Avropa İttifaqı mini-Çindir”


Bu gün, 11:58
 “Avropa İttifaqı mini-Çindir”
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından bu vəzifəyə namizəd Donald Tramp Vaşinqtonun birliklə ticarət əlaqələrindən danışarkən Avropa İttifaqını (Aİ) “mini Çin” adlandırıb.

AzVision.az “AFP” agentliyinə istinadən xəbər verir ki, Donald Tramp Aİ-nin Amerika ilə ticarət əlaqələrində inadkarlıq sərgiləməsindən gileylənib.

“Maşınlarımızı götürmürlər, kənd təsərrüfatı məhsullarımızı götürmürlər, heç nə götürmürlər. Aİ ilə əlaqələrdə 312 milyard dollar kəsiriniz var. Bilirsiniz, Aİ mini Çindir, hətta o heç elə də mini deyil”, - Tramp vurğulayıb.

Aİ-nin “Avrostat” statistik agentliyinin məlumatına görə, ötən il ABŞ-nin Avropa İttifaqı ilə əmttə ticarəti kəsiri 170,54 milyard dollar və ya 157,9 milyard avro təşkil edib.

Geri qayıt