Əsas Səhifə > Güney Press > Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir...

Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir...


Bu gün, 07:54
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir...
Xəbər verilidyi kimi, gecə saatlarında İsrailin Tehranda hərbi və digər obyektlərə raket hücumu etməsi haqda xəbərlər yayılıb.

"Tehranda İslam İnqilabı Keşikçiləri Korpusuna ("SEPAH") aid hərbi obyeklərə indiyədək heç bir hücum olmayıb".

Moderator.az xəbər verir ki, şəhərdə partlayış səsləri eşidildikdən sonra məlumatlı mənbələr (yerli vaxtla səhər saat 04:35-də) "Tasnim" agentliyinə belə deyiblər.

Mənbələrin sözlərinə görə, İran paytaxtının qərbində və cənubunda "SEPAH"-ın heç bir hərbi mərkəzi hədəfə alınmayıb.

Şənbə günü səhər tezdən insanlar şəhərdə bir neçə partlayış səsi eşitdiklərini bildiriblər.

Bəziləri partlayışların Tehranın qərbində eşidildiyini söyləyib.

Partlayış səsləri İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin Tehran ətrafında üç yerdə İsrail ordusunun hava hücumu ilə əlaqəli olub.

Bu arada paytaxtda, o cümlədən İmam Xomeyni (r.ə) və Mehrabad hava limanlarında vəziyyət normaldır.

İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Səid Çələndəri hava limanının stabil vəziyyətdə olduğunu və heç bir təhlükəsizlik insidentinin qeydə alınmadığını bildirib.

O əlavə edib ki, uçuşlar yerli vaxtla səhər saat 5:30-dan hava limanından başlayır və uçuşların ləğvi ilə bağlı heç bir göstəriş yoxdur.

Mehrabad hava limanının rəsmiləri də uçuşlarda heç bir fasilənin olmadığını təsdiqləyiblər.
Geri qayıt