Əsas Səhifə > Güney Press > "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır"

"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır"


Dünən, 18:56
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır"
"BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu baxımdan ölkəmizin mötəbər sammitdə iştirakı çox müsbət bir haldır"

Bunu Sonxeber.az – a açıqlama verən deputat Vüqar İskəndərov bildirib:

"Prezident İlham Əliyevin XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışı zamanı da bildirdiyi kimi ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, biz bunu əyani şəkildə Qoşulmama Hərəkatına sədrlik edən dövrlərdə də göstərmişik. Növbəti ayda isə ölkəmiz böyük bir tədbirə ev sahibliyi edəcək. Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Çünki Azərbaycan dünyada dost, tərəfdaş ölkə kimi özünü təsdiqləyib. Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır və Azərbaycan ancaq ədalətli mövqe ortaya qoymaqla düzgün siyasət aparır. Bizim sözümüzün imzamız qədər dəyərli olması dünyada inanılmış və məsuliyyətli ölkə adını qazanmağımıza səbəb olub. Əlbətə bütün bunlar da ölkə prezidentinin düzgün siyasətinin nəticəsidir. Istər daxili, istərsə də xarici siyasətdə atılan addımlar ölkəmizin nüfuzunu yüksəldir. Bu gün öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib".

Geri qayıt