Əsas Səhifə > Güney Press > “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır”

“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır”


Bu gün, 17:39
 “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır”
“Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzəri Azərbaycanın yüksək səviyyədə inkişafını, regionda və beynəlxalq ictimaiyyətində artan nüfuzunu həzm edə bilmirlər”.

Bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında Avropa Parlamentinin Azərbaycana qarşı riyakar və qərəzli mövqeyinin arxasında duran səbəbi şərh edərkən bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti hər zaman Azərbaycana düşmən mövqe sərgiləyib:

“Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artdıqca və fəaliyyəti genişləndiqcə, beynəlxalq humanizmə töfhələri çoxaldıqca, Avropa təsisatları, xüsusilə Avropa Parlamenti Azərbaycana qarşı çirkin kampaniyalarını genişləndirirlər.

Avropa Parlamentinin qətnaməsi ilk hal deyil və bu təsisat ölkəmizə qarşı dəfələrlə bu kimi qətnamələr qəbul edib. Heç bir həqiqəti və reallığı əks etdirməyən, ədalətsizliyi və haqqızlığı özündə birləşdirən, təhdid dolu qətnamələr qəbul edən Avropa Parlamenti Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsindən və fəaliyyətinin genişlənməsindən ciddi narahatlıq keçirir.

Buna görə də Azərbaycana qarşı təhdidlərini davam etdirir. Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır. Azərbaycanın bu təsisatla heç bir əməkdaşlığı yoxdur. Bu təsisatın qətnamələri real gücə malik deyil, sadəcə töfsiyə xarakteri daşıyır. Bu qətnamə də digər qətnamələr kimi unudalacaq və arxivdə qalacaq.

Qərb Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Dövlət rəhbəri İlham Əliyevin siyasi yolu milli və dövlətçilik maraqlarına söykənən bir yoldur. Predentimiz bu siyasi yolu daha da gücləndirəcək. Bu cür qətnamələr Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərən imkanlara malik deyil”.

Geri qayıt