Əsas Səhifə > Güney Press > Şoltsun Putinlə gizli ittifaqı?

Şoltsun Putinlə gizli ittifaqı?


Bu gün, 17:36
Şoltsun Putinlə gizli ittifaqı?
Almaniya kansleri Olaf Şolts deyib ki, “Taurus” raketlərinin Ukraynaya tədarükü səhv addım ola bilər.

“Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü münaqişənin gərginləşməsinə töhfə verəcək. Eskalasiyaya səbəb olacaq bəzi silahları Ukraynaya verməyəcəm”, – Şolts vurğulayıb.

Globalinfo.az-a danışan siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin mahiyyəti Kiyevə dəstək verən Qərb ölkələri üçün hələ də dəyişməyib:

“Çünki onlar əvvəldən bu günə qədər Ukraynaya uzunmənzilli olmayan, məhəlli döyüş meydanında müharibə aparacaq səviyyədə silahlar verir. Bəzi hallarda isə xüsusilə Yaxın Şərqdəki müharibədən Kremlin diqqətini yayındırmaq üçün Qərb Ukraynaya uzaqmənzilli silahlar verir. Misal üçün Kurska hücum zamanı bu silahlardan istifadə edildi.

Qərb müharibənin gedişində Ukraynaya həm də nələr edəcəyinin, hansı addımlar atacağının təlimatını verir. Yəni silahların verilməsi Ukraynanın texniki imkanlarını müəyyən edir. Kiyev əlindəki silahlardan asılı olaraq hücumları edə bilir. Bundan başqa, həmin silahlardan istifadə edilməsi qaydaları Ukrayna üçün müəyyən edilir. Kiyev dəfələrlə müraciət edib ki, ona Rusiyanın dərinliklərini vura biləcək silahlar verilsin. Lakin Qərb razı olmayıb.

Almaniya kansleri Olaf Şoltsun “Taurus” raketlərinin Ukraynaya tədarükü səhv addım ola bilər” sözləri də bunu təsdiq edir. Bu yolla həm beynəlxalq, həm Ukrayna, həm də Rusiya ictimaiyyətinə mesaj verilir ki, biz Ukraynaya Rusiyanın dərinliklərini vuracaq silahlar vermirik. Bu əslində Rusiya ilə münasibətləri tam pozmamaq məqsədi ilə edilir”.

Politoloq deyib ki, bu istiqamətdə Ukraynada oyun gedir:

“Qərb ölkələri Rusiyanı zəiflətmək istəyir və Ukrayna burada sadəcə qurbandır. Bu ölkənin ərazilərində iki ildir davam edən müharibə onu deməyə əsas verir ki, Qərb müharibənin uzanmasında maraqlıdır. Bu isə həm silah satan ölkələrin, həm də Rusiyanı zəiflətmək istəyənlərin işinə yarayır.

Hesab edirəm, BRİKS sammitinin reallaşdırılması Qərblə mövqeləri üst-üstə düşməyən ölkələrin mesajıdır. Hansı ki, bu ölkələr iqtisadi, həm də müəyyən qədər siyasi motivli BRİKS ətrafında bir araya gələrək Qərbə meydan oxuyur. Bu da Qərbi narahat edir. Hesab edirəm, Qərb həm də buna görə Ukraynaya tədricən silah verilişini dayandıracaq”.

Geri qayıt