Əsas Səhifə > Güney Press > DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik?

DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik?


Bu gün, 13:50
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik?
“Avtomobilin suya düşməsi zamanı insanların necə yollarla xilas olması günümüzdə aktual suallardan biridir. Çünki bu cür hallarla bağlı bütün dünyada, demək olar, hər gün ölüm faktları qeydə alınır. Əsas səbəb budur ki, avtomobil suya düşdükdə qapısını açmaq çətinləşir, bəzən də açmaq qeyri-mümkün olur. Avtomobil suya düşərsə, insanın ilk atacağı addım nə olmalıdır? Əvvəlcə təhlükəsizlik kəməri çıxarılmalıdır. Avtomobil natamam suya düşübsə, vaxt itirmədən elektron düyməni basaraq şüşəsini aşağı salmaq, dərhal avtomobili tərk etmək lazımdır. Bu prosesləri yerinə yetirmək üçün çox az vaxtımız olur. Çünki təxminən, 10-15 saniyədən sonra avtomobilin elektron sistemi artıq fəaliyyətini dayandırır. Yəni elektron düyməni basaraq şüşəni aşağı salmaq qeyri-mümkün olur”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.

Orxan Musayev: Baş verən bədbəxt hadisələrin müxtəlif səbəbləri var. » Djb. az

“Tövsiyə edirik ki, profilaktik hazırlıq çərçivəsində avomobilin suya düşməsi hallarında şüşələrin sındırılması üçün avtomobilə xüsusi alətlər yerləşdirilsin. Mexaniki sistemlə işləyən avtomobillərdə şüşəni açmaq daha tez mümkün ola bilər. Lakin avtomobil suya düşdükdə heç bir halda şüşəni aşağı salmaq mümkün olmasa, əvvəlcədən profilaktik məqsədlə alınmış və salonda qoyulmuş xüsusi alət, çəkic kimi alətlər vasitəsilə şüşəni sındırıb dərhal avomobili tərk etmək lazımdır. Nəzərə almalıyıq ki, şüşələrin sındırılması zamanı birinci kənar şüşələr sındrılmalıdır. Belə ki, ön şüşə daha möhkəm materialdan olduğuna görə onun sındırılması tək bir nəfər tərəfindən mümkün olmaya bilər. Xüsusi alətlər olmadıqda təhlükəsizlik kəmərinin dəmiri vasitəsilə kənar şüşələri sındırmağa cəhd etmək olar. Yenə də hər şeydən öncə istər avtomobil sürərkən, istər iş görərkən, istərsə də məişətdə öncə təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Təhlükələrdən qorunmaq, bu hallara hazırlıqlı olmaq lazımdır. Yalnız belə halda insan həyatını xilas etmək mümkündür”, - o bildirib.

Geri qayıt