Əsas Səhifə > Güney Press > Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir

Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir


Bu gün, 12:53
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. Bu barədə "DİA-AZ"-a MN-dən xəbər verilib.
Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.


Geri qayıt