Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili

Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili


9-04-2014, 13:27
Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili
Azərbaycanlı məşhur idmançı, kikboksinq üzrə bir neçə dəfə dünya çempionu adına layiq görülən Eduard Məmmədovun yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, 15 qat Azərbaycan çempionu şəxsi İnstaqram səhifəsində qara rəngli “Mercedes-Gelandevagen” markalı avtomobilinin fotolarını paylaşıb. İdmançının avtomobilinin dövlət seriyası hər kəsdə maraq oyadıb, o “90 EM 999” nömrəsi ilə seçilməyi bacarıb.

Bir çox şou nümayəndələrinin yaxın dostu olan Eduard Məmmədovun yerləşdirdiyi şəkillər hər kəs tərəfindən maraqla qarşılanıb.

Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili

Qeyd edək ki, idmançının “Mercedes-Gelandevagen” markalı avtomobilinin qiyməti 100-150 min AZN qiyməti arasında dəyişir. Eduardın paylaşdığı şəkilləri sizə təqdim edirik.

Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili

Xatırladaq ki, Eduard Məmmədov ən parlaq və yaddaqalan qələbəsini 2000-ci ildə Yunanıstanda dünya çempionatında qazanıb. İdmançı rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salmışdr. Bundan əlavə olaraq 2009-cu ilin iyun ayında İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə - bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal sayılır.


Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili
Geri qayıt