Əsas Səhifə > Güney Press > Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır

Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır


Bu gün, 10:50
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Azərmaş Park” MMC (VÖEN – 1404629451) olub.
Yeniavaz.com xəbər verir ki, Agentlik MMC-dən 3 ədəd sərnişindaşıma avtomobili satın alacaq.
Agentlik avtomobillərin satın alınmasına görə “Azərmaş Park” MMC-yə 828 min 360 manat ödəyəcək. Açıqlanan məlumatlardan da göründyü kimi, avtomobilin bir ədədinin qiyməti 276 min 120 manatdır.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş Park” MMC Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə Yaponiyanın “ISUZU” brendinin avtobuslarını istehsal edir.
Məlumat üçün bildirək ki, “Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. “Azərmaş” şirkətinin İdarə heyətinin sədri isə Emin Axundovdur.
Onu da qeyd edək ki, “Azərmaş” adı ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər arasında “Azərmaş Avto Servis” MMC, “Azərmaş Lizinq” MMC, “Azərmaş CP” MMC, “Azərmaş Trade” MMC, “Azərmaş” MMC və “Azərmaş Park” MMC kimi şirkətlər yer almaqdadır.

Geri qayıt