Əsas Səhifə > Güney Press > Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır


Bu gün, 09:53
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır
Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" nəşri yazıb.

“Həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə "Gürcü Arzusu"ndan daha çox səs toplayarlarsa, texniki hökumət yaradacaqlar.

Geri qayıt