Əsas Səhifə > Güney Press > “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır

“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır


Bu gün, 09:09
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
26 noyabr 2024-cü il, saat 11.00-da “Oğuz Aqrotexservis” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki yığıncaq Oğuz rayonunun Padar kəndi, səhmdar cəmiyyətinin həyətində baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Oğuz Aqrotexservis” ASC-nin idarə heyəti sədrinin yenidən seçilməsi.

2. Cəmiyyətin nizamnaməsində dəyişikliklərin olunması.

3. Səhmdar cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.

4. Digər məsələlər.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

Geri qayıt