Əsas Səhifə > Güney Press > Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var

Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var


Bu gün, 12:57
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var
Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev işlədikləri müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt