Əsas Səhifə > Güney Press > Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın!

Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın!


Bu gün, 12:49
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın!
Bugün Azərbaycanın “Qarabağ” komandası Niderlandın “Ayaks” komandasına qarşı oynayacaq. Amma komandamız yalnız “Qarabağ” deyil. Bu gün hamılıqla, xalq olaraq vahid bir komanda olmalıyıq. Oyunu stadionun özündə, mənzilində, ofisində, avtomobilində… bir sözlə harda izləməsindən asılı olmayaraq-Qarabağ(lı) Azərbaycan(lı)dır! Niderlandla Bütün AZƏRBAYCAN oynayır. Dəstək olaq!
-Sosial şəbəkələrin düşük “hərşeyşünasları”! Özünüzə yəqin ki çox kreativ, bəzən çox gülməli, hətta dəhşət hazırcavab, iraq olsun bəlkə də dərin görünən, əslində isə plintusdan aşağı “düşüncələrinizi”, beyin tullantılarınızı, səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! Azərbaycan-Niderland oyununu heç olmasa ləyaqətli susmaqla müşahidə, müşayiət etməyi bacarın. Normal, ağlı başında dəstəkləyə bilmirsinizsə! Ən yaxşısı isə qahmar çıxın, ürəkdən azarkeşlik edin, tamaşaçı kimi yox, tərəf kimi! 12-ci oyunçu kimi! Qarabağ onsuz da Qalibdir! Niyəsini izah edim: bir zamanlar bizim klublarımızın “Jdaziktumtirtaltun”vari
komandalarına iki oyunun nəticəsinə görə qalib gələrək ilk mərhələni zorla keçməsinə “Filan komandamız tarix yazdı, kimya-biologiya yazdı, astronomiya yazdı!” deyə sevincdən divara kəllə vurduğunuzu yadınıza salın. “Ayaks”-la oynayırıq! “AYAKS”LA! Onu Azərbaycana “Qarabağ”-ın fədakarları gətirib! Bu möhtəşəm klubdur, hansısa “Jdaziktumtirtaltun” deyil.

Mir Şahin Ağayev - "DİA-AZ"

Geri qayıt