Əsas Səhifə > Güney Press > ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı

ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı


Bu gün, 12:14
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı
Ermənistan cəmiyyəti Rusiyadan üz döndərir, indi bu ölkədə “əsas tərəfdaşlar” Fransa və İran hesab olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Ermənistanda keçirdiyi sorğunun nəticələrinə görə, ermənilər Fransanı ölkələrinin “ən mühüm siyasi tərəfdaşı” hesab edir. Respondentlərin 59 faizi belə düşünür. Fransanı 58 faizlə İran, 48 faizlə ABŞ, 41 faizlə Hindistan və 34 faizlə Avropa Birliyi izləyir. Ermənilərin 33 faizi Rusiyanı “mühüm siyasi tərəfdaş” sayır, 30 faiz isə bu statusda Çini görür.

“Past” bu durumu İrəvanın anti-Rusiya siyasətinin nəticəsi hesab edir: “Etiraf etmək lazımdır ki, Ermənistan hakimiyyətinin siyasəti öz nəticəsini verib”.

Erməni “Respublika Meydanı” Teleqram kanalı da mövzuya toxunaraq, Baş nazir Nikol Paşinyan və komandasının 2018-ci ildən anti-Rusiya siyasəti apardığını xatırladır.

“Qərbin Ermənistanda yüzlərlə QHT və digər təsir agentlərindən ibarət şəbəkəsi var ki, onların vasitəsilə Qərbin lobbiçiliyi həyata keçirilir. Erməni cəmiyyəti tədricən Fransa və ABŞ-ı Ermənistanın mühüm siyasi tərəfdaşları hesab etməyə başlayıb. Anti-Rusiya təbliğatı tədricən öz nəticəsini verir, Moskva bundan nəticə çıxara və adekvat addımlar ata bilər”, - Teleqram kanalı yazır.

Geri qayıt