Əsas Səhifə > Güney Press > Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI...

Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI...


Bu gün, 10:24
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI...
Dilimizi "qısa edən" iki filoloji cəhalət var:
1. Dilimizin təmizliyini qoruyaq cəhaləti
2. Alınma sözlərin dilimizi korladığı cəhaləti.
Dünyanın "ən təmiz" dilləri 50-60 sözdən ibarət Afrika qəbilələrinin dilləridir. Sivilizasiyaya məruz qalmış heç bir dil təmiz ola bilməz.
Təmiz dediyimiz Vaqifin, Vurğunun, Vahabzadənin dili yarıyacan ərəb, fars mənşəli sözlərdir. Bizim "təmiz" dediyimiz dil vaxtilə babalarımızın ərəb, fars sözləriylə "çirkləndirdiyi" dildir.
Biz bu "çirkli" dillə bu gün milli ədəbiyyat yaradırıq.
Filoloji nadanlıq bizdə belə bir təsəvvür yaradıb ki, alınma söz özüylə dilimizə yad mədəniyyətlərin özəlliklərini də gətirir. Tamamilə cəfəngiyyatdır.
Bu gün dünyanın ən "çirkli" dili ingilis dilidir, çünki hər il yad mədəniyyətlərdən onlarla söz alır. Amma bu sözlərlə ingilis mədəniyyətini inşa edir.
Biz də yad dildən söz alıb öz mədəniyyətimizi inşa edirik. Bir növ, yapon videokamerasıyla "ulduz müharibəsi" yox, xınayaxdı çəkirik.
Mədəni funksionallığı olan yad söz zamanla milliləşir. Bu gün dilimizin yarıdan çoxunu yeniçəriləşdirib milliləşdirdiyimiz ərəb, fars mənşəli sözlər təşkil edir.
Yekun:
1. İnkişaf etmiş dünyada "Təmiz dil" deyə bir anlayış yoxdur.
2. Alınma sözlər heç biri milli mədəniyyəti korlamır.

Aqşin YENİSEY - "DİA-AZ"

Geri qayıt