Əsas Səhifə > Güney Press > Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək

Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək


Bu gün, 09:49
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində ölkə
ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında yüz minlərlə
yeni ağac və kollar əkilib. Bu işlər ölkəmizin paytaxtı Bakı şəhərində də
geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında,
prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər
əkilir.
Ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün
həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə
aksiyalarında paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra
Hakimiyyətləri də yaxından iştirak edirlər. Bu işlər çərçivəsində
oktyabrın 23-də Bakı Şəhər və Qaradağ rayon İcra Hakimiyyətlərinin
təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt magistral yolunun
kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.
Bu gün keçirilən aksiyada icra qurumlarının əməkdaşları tərəfindən
iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar Şamı və oleandr kolları əkilib.
Yeni əkilən kollara və bu ərazıdə əkilmiş ağaclara aqrotexniki qulluq
göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati
və texniki tədbirlər görülüb.
Yaxın gələcəkdə bu ərazidə əkilən ağac və kollar Bakı şəhərinin əsas
giriş istiqaməti olan Bakı-Ələt magistral yolunu daha da gözəlləşdirəcək,
sakinlərimiz və şəhərimizin qonaqlarının zövqünü oxşayacaqdır.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

"DİA-AZ"

Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək

Geri qayıt