Əsas Səhifə > Güney Press > Onlarda yerli... bizdə isə miqrant...

Onlarda yerli... bizdə isə miqrant...


Bu gün, 08:12
Onlarda yerli... bizdə isə miqrant...
"Əmək münasibətlərində digər ölkələrdə yerlii işçilərə, bizdə isə əcnəbi işçilərə üstünlük verirlər. Baxmayaraq ki, yerli qanunvericiliyə əsasən Azərbaycan Respublikasının əmək münasibətlərində yerli və əcnəbi işçilər bərabər hüquq və vəzifələrə malikdir". "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev qeyd edib.
Tanınmış hüuqşünas daha sonra əlavə edib: "Praktikada bir çox hallarda əcnəbi və ya vətəndaşlığı olmayan işçilərin əmək hüquqları, qanunvericiliyə zidd olaraq yerli işçilərə nisbətdə daha üstün tutulur: əmək haqqının ödənilməsi sahəsində, nəqliyyat, sığorta, sosial hüquqlar və sair sahələrdə. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə:
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və qanunları ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir, məsuliyyət yaradır...."

Geri qayıt