Əsas Səhifə > Güney Press > Qaya parçasının düşdüyü evin sahibəsi:

Qaya parçasının düşdüyü evin sahibəsi:


Bu gün, 18:01
Qaya parçasının düşdüyü evin sahibəsi:
Xəbər verdiyimiz kimi, Bayıl qəsəbəsində intensiv yağışlardan sonra uçan qaya parçası sakinin evini dağıdıb.

Bu barədə "Cebheinfo.az"-a zərərçəkən ev sahibəsi Fəridə xanım məlumat verib.

O bildirib ki, hadisə nəticəsində övladı və qardaşı xəsarət alıb: "Qaya parçası evə düşməklə hər şeyi alt-üst elədi. Mənim 3 övladım var, onlardan Cəlil xəsarət aldı. 1 saylı şəhər klinik xəstəxanasında qulağına tikiş vuruldu. Cəlil 7 yaşındadır, 163 nömrəli məktəbdə təhsil alır, bu hadisəyə görə dərsdən qaldı. Hazırda onun vəziyyəti yaxşıdır. Hadisə olarkən qardaşım da bizdə idi.

Onun vəziyyəti isə yaxşı deyil. Həm başından, həm də çiynindən ciddi xəsarət alıb, ümumilikdə əzikləri də çoxdur. Hazırda xəstəxanadadır. Övladım isə tikiş vurulduqdan sonra evə buraxılıb".

O bildirib ki, müvəqqəti olaraq başqa evdə məskunlaşıblar:

"Evimiz yaşanılacaq vəziyyətdə deyil. Divarlar uçub, hər şey dağılıb, tökülüb. Biz hazırda qaynımgildə məskunlaşmışıq. Bəzi çıxarıla biləcək əşyaları çıxartdım. Hazırda da ev axtarırıq. Görək, necə olacaq".

Geri qayıt