Əsas Səhifə > Güney Press > "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan...

"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan...


Dünən, 18:56
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan...
“Ermənistanın özünün həll olunmamış hesab etdiyi məqamlar müəyyən edilməlidir. Qərbin bununla bağlı aydın siqnallara ehtiyacı var ki, hərəkət edə bilsin. Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin problemləri, Dağlıq Qarabağda erməni mədəni irsinin dağıdılması, eləcə də Dağlıq Qarabağda etnik təmizləmə məsələsi danışıqların gündəliyinə qaytarılmalıdır”. Bu sözləri İsveç parlamentarisi Stefan Müller Altermattin deyib. Müller, Azərbaycanı etnik təmizləmə aparmaqda da günahlandırıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasındakı kövrək sülh münasibətlərinin pozulması üçün çalışan çox dövlət və qüvvələr, bütün gücləri ilə ölkəmizə COP 29 öncəsi təzyiqlərini artırmaqdadır. Həm Avropa Parlamentinin, həm Avropa Şurası Parlament Assambleyasının, həm konkret Fransa, Niderland və bir çox ölkələrin, İsveç parlamentinin üzvlərinin də bir neçə absurd bəyanatların şahidi olmuşuq.

“Azərbaycanı təzyiq hədəfi seçənlərdən biri də İsveç parlamentinin üzvü Stefan Müller Altermattinin "sayıqlama"sını eşidirik. Təsəvvür edin ki, bu deputat Azərbaycan və Ermənistanın harada yerləşdiyini və ümumiyyətlə məsələnin məğzindən xəbərsiz olduğunu açıq-aydın öz bəyanatında bildirib. Stefan Müller, Ermənistanın hələ də özünün həll olmamış hesab etdiyi məqamlara toxunur. Qərbin də bununla bağlı suallarının olduğunu bildirir. Bu, binəva və özündən xəbərsiz şəxs düşünür ki, Azərbaycanda hərbi əsrlər mövcuddur. İddia edir ki Qarabağda etnik təmizləmə baş verib. Təbii olaraq, ortaya ritorik sual çıxır: "Bəs milyondan artıq insanın həmin ərazidə, öz ərazisindən, yaşadığı torpağından illərlə didərgin düşməsi, qaçqın olması, soyqırıma məruz qalması, ərazilərinin talan edilməsi və tarixi abidələrinin dağıdılması zamanı bu harda idi? Nəyə görə susurdu? Azərbaycan və Ermənistan arasında nəyin baş verdiyini, Ermənilərin hansı vəhşilikləri necə törətdiyini bilirmi? Əsirin əvvəllərində, 1980-ci illərin sonlarında baş verənlərdən bunun xəbəri varmı?

Əgər varsa, belə ikiüzlü və qərəzli münasibəti nəyə görə bildirir?! Yoxdursa, məsləhət görürük ki açsın tarixi oxusun və xəritəyə biraz göz gəzdirsin. Çox uzaq olmayan, 4 il əvvəl baş verən hadisələri araşdırsın. Görsün ki, Azərbaycan öz tarixi torpaqlarında müharibə aparıb. Dünyanın qəbul etdiyi öz sərhədləri çərçivəsində lokal antiterror tədbirləri keçirib. Öz ərazisində yaşayan etnik erməniləri orada yaşamaları üçün cəhdlər edib. Onlara Azərbaycan Respublikasının Konstitusiyası altında tam rahat həyat vəd edib. Onların getməməsi üçün bütün addımları atıb”-deyən deputat qeyd edib ki, həmin ərazilərimizdə separatçılar tərəfindən Azərbaycanın sərvətləri talanıb və milli tarixi-mədəniyyət abidələri yerlə-yeksan edilib, hətta özünküləşdirilib. Tarixi torpaqlarımızda yaşayan insanlar soyqırıma məruz qalıb.

“Hər halda bunu oxumağa onun ən azı minimum savadı çatar ki, heç olmasa işin məğzindən məlumatı olsun. Ümumiyyətlə, belə şəxslərin belə faydasız bəyanatları və əsassız fikirləri yalnız qaralamaya çevrilmiş kağız parçasından başqa bir şey deyil. COP 29 öncəsi biz bu təzyiqlərin olacağını və artacağını da bilirdik. Bu proses hələ sürətlə davam edir. Amma unutmasınlar ki Azərbaycanın uğurla, sürətlə getdiyi inkişaf yoluna belə fikirlər və hər hansı bəyanat heç bir təsir göstərə bilməz”-deyə Vüqar İskəndərov vurğulayıb.

P.S. İsveçli deputat Qərbin pul alması və s. ilə bağlı məsələlərə toxunub. Görəsən, bu açıqlamanın qarşılığında nə alıb?!

Geri qayıt