Əsas Səhifə > Güney Press > Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib

Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib


Bu gün, 15:03
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib
2024-cü ilin 1-21 oktyabr tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və
Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi əsasında qiymətləndiricilərin peşə
bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs təşkil edilib.
Daşınar və daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi
fəaliyyətinə dair keçirilən kursda ölkədə fəaliyyət göstərən 20-ə yaxın qiymətləndirmə
şirkətinin nümayəndələri və üç bank əməkdaşı iştirak edib. Kurs ərzində Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin nümayəndələri, eyni zamanda Azərbaycan Dövlət İqtisad
Universiteti və Azərbaycan Texniki Universitetinin müəllimləri tərəfindən praktiki və
nəzəri məlumatlar bölüşülüb, mühazirələr səsləndirilib. Kursun yekununda sınaq imtahanı
baş tutub. İmtahanda 40 nəfər iştirakçı kurs ərzində onlara öyrədilən biliklər üzrə özlərini
sınaqdan keçirib.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ildən etibarən hazırlıq
kursları təşkil edir. 2022-ci ildən kursların təşkili Cəmiyyətin Təlim, Tədris və
Sertifikatlaşma departamentinin müəyyən etdiyi illik proqram və bu proqram əsasında
hazırlanan tədbirlər cədvəlinə uyğun olaraq həyata keçirilir. Kurslar beynəlxalq
qiymətləndirmə standartları, Azərbaycan qiymətləndirmə standartları, o cümlədən
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məram və prinsiplərinə uyğun şəkildə təşkil
olunur və qiymətləndirici mütəxəssislərin bilik və vərdişlərinin artırılması, peşə
bacarıqlarının yüksəldilməsi məqsədi daşıyır. Növbəti hazırlıq kursuna noyabr ayının 15-də
başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, bu il oktyabr ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycanda
qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı
keçiriləcək. İmtahandan uğurla keçən şəxslər şəhadətnamə ilə təmin olunacaq və bununla da
qiymətləndirmə fəaliyyəti göstərmək üçün rəsmi icazə əldə edəcəklər. Ümid edirik ki, bu tip
kursların təşkili qiymətləndiricilərin şəhadətnamə imtahanlarını müvəffəqiyyətlə
vermələrinə əhəmiyyətli dəstək göstərəcək.

"DİA-AZ"

Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib

Geri qayıt