Əsas Səhifə > Güney Press > Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib

Bu gün, 14:21
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bərdə-Ağdam
magistral avtomobil yolunun Köçərli və Azad Qraqoyunlu kəndləri ərazisindən
keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, YAP rayon
təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr,
konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin
sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ
etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların
çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən
ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb,
ərazilərdə oleandr, eldar şamı, küknar, müxtəlifnöv meyvə ağacları
ümumilikdə 3700 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb və aqrotexniki
qaydada qulluq göstərilib.

"DİA-AZ"

Geri qayıt