Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun qoçuları aktyoru söydülər
Ziya Məmmədovun qoçuları aktyoru söydülər9-04-2014, 11:46 |
|
Dünən Avtovağzal ərazisində özlərini Nəqliyyat departamentinin əməkdaşları kimi təqdim edən iki nəfər mülki şəxs qanunsuz hərəkətlərə yol veriblər. Bu barədə məlumatı “Qafqazinfo”ya hadisənin şahidi olmuş və eyni zamanda da təhqirə məruz qalmış aktyor İlqar Cahangir deyib. Aktyor bildirib ki, dünən Siyəzən rayon sakini Nazim Qəhrəmanov Avtovağzal ərazisində qanuni dayanacaqda avtomobilini saxlayıb: “Bu zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq maşının burdan saxlamaması üçün təkid edib. Sürücü bunun qanuni olduğunu bildirsə də, həmin şəxslər buna məhəl qoymayaraq onu təhqir ediblər. Mən də müfəttişlərin vətəndaşı təhqir etməsinə biganə qala bilmədim, ora yaxınlaşdım. Hadisəni videoya çəkdim. Bu zaman arxadan kimsə mənim telefonumu götürüb apardı. Məni də deyilməsi mükün olmayan ağır sözlərlə təhqir etdilər”. İ. Cahangir daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırıb: “Dedilər ki, biz Nəqliyyat Departamentinin işlərinə qarışmırıq. Özünüz həll edin. Ara sakitləşdikdən sonra telefonumu versələr də, yaddaş kartını qaytarmayıblar. Mən indi sürücü ilə bərabər Nəqliyyat Departamentinə gedirəm. Məsələni araşdırsınlar. Görək bizə hücum edib təhqir edənlər kimdir. Mən bu işin axırına kimi gedəcəm. Gündüz vaxtı bu mülki şəxslər hansı cürətlə qanunsuz şəkildə vətəndaşa hücum edirlər. Bunu izah etməlidirlər”. Geri qayıt |