Əsas Səhifə > Güney Press > Ermənistan ordusunda "bardaq" hökm sürür

Ermənistan ordusunda "bardaq" hökm sürür


Bu gün, 13:15
Ermənistan ordusunda "bardaq" hökm  sürür
"Ermənistan ordusunda qeyri-müharibə şəraitində qurbanların sayı günü-gündən artmaqda davam edir. Ötən həftə daha iki ölümlə bağlı xəbərlər yayılıb. Hakimiyyət günahlarını etiraf etməsə də, əldə etdiyimiz məlumata görə, daxili müzakirələrdə orduda xaos, "bardaq" hökm sürür".

Ölkə.Az xəbər verir ki, bu barədə "hraparak" yazır.

Nəşr yazır ki, hazırda Ermənistan ordusunda ciddi zabit çatışmazlığı var. "Ona görə də tez bir zamanda yaranmış bu vəziyyəti dəyişmək lazımdır. Vəziyyəti tez bir zamanda dəyişmək lazımdır, yoxsa bir müddətdən sonra hər şey çətin olacaq", - nəşr yazıb.

"Hraparak" onu da qeyd edib ki, ordudakı vəziyyət bu günlərdə hökumətdə baş nazirin müavini Mher Qriqoryanın sədrliyi ilə müzakirələr aparılıb.

Müzakirələr zamanı istefada və pensiyada olan zabitlərin yenidən orduya cəlb edilməsi təklif olunub. Müzakirələrdə ordunun 18-20 yaşlı gənclərə etibar edilməsi nəticə etibarı ilə ölüm statistikasının artmasına gətirib çıxarcaq.

Geri qayıt