Əsas Səhifə > Güney Press > Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib

Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib


Bu gün, 12:52
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib
Beş nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər və arvadın cinayət işi üzrə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosedə qərar elan olunub.

Ali Məhkləmə işin yenidən Bakı Apellysiya Məhkəməsinə qaytarılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iilə Aqşin Abdullayev 6 il 6 ay, Leyla Abdullayevaya isə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Aqşin Abdullayev və Leyla Abdullayevaya bəraət verib.

A Abdullayev və həyat yoldaşı L. Abdullayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Geri qayıt